Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" Bakıda Almaniyanın "Bayer 04" komandasını qəbul edib.
Mia.az xəbər verir ki, Bakı avxtilə saat 21.45-də başlayan oyunu fransalı hakim Benua Bastyen idarə edir.
Oyunun 26-cə dəqiqəsində "Qarabağ"dan Benzia möhtəşəm zərbə ilə hesabı açıb - 1:0.
45-ci dəqiqədə "Qarabağ" daha bir qol vurub. İkinci qola Juninyo imza atıb - 2:0.
70-ci dəqiqədə "Qarabağ"lı oyunçunun səhvindən istifadə edən alman futbolçu Virtz hesab arasındakı fərqi azaldıb - 2:1.
90-cıə dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər - 2:2
Oyun bu hesabla başa çatıb.
Bu komandalar arasındakı cavab oyunu martın 14-də keçiriləcək.
Fərid Aslan
MİA.AZ