"Beşiktaş"ın kamerunlu hücumçusu Vincent Aboubakar, "Qalatasaray" derbisində azarkeşlər tərəfindən fitə basılmasından pəjmürdə olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, derbidən sonra komanda yoldaşlraına üsyan edib:
"Heyətdən kənarda qalmağıma səbəb olacaq bir hərəkətə yol vermədim. Əgər belə olsaydı, burada əvvəldən olmazdım. Bu, bir səhv və ya anlaşılmazlıq ucbatından baş verdi. Sonra doğru yol tapıldı. İndisə dəstək gözləyərkən etiraz görürəm. Buna layiq deyiləm. İstənmədiyim yerdə qalmaram".
Onun bu şikayətinə qısa zamanda "Beşiktaş"ın Baş Koordinatoru Səməd Aybaba cavab verib: "Sənin işin meydandadır. Qulağını bağla, işini gör. Azarkeşlər bəzən hər kəsə belə reaksiya verə bilər. Bu, futboldur. Futbolçunun iş onların hamısına meydandakı çıxışı ilə cavab verməkdir”.
Xatırladaq ki, bu mövsüm 25 rəsmi matça çıxan Aboubakar 11 qol vurub, 3 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ