"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti həbs təhlükəsi ilə üzləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, vergidən yayınmada ittiham olunur.
Məlumata görə, İspaniyanın Madrid Əyalət Məhkəməsində keçirilən prosesdə prokuror ona 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası tələb edib.
İspaniya mediası yazır ki, Prokurorluq Ançelottiyə qarşı 2014 və 2015-ci illərdə "Real Madrid"in baş məşqçisi olduğu dövrdə ümumilikdəmilyon 62 min 79 avro məbləğində vergi ödəməkdən yayındığı haqda ittiham irəli sürüb: "İndi baş məşqçi əgər bu vergi yükü ilə bağlı Maliyyə Nazirliyi ilə razılığa gəlməsə, həbsi qaçılmaz olacaq. əgər anzirliklə anlaşa və vergi yükünü ödəyərsə, o zaman həbs təhlükəsindən qurtulacaq".
Fərid
MİA.AZ