Türkiyədə daha cinayət təşkilatı çökdürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir qeyd edib ki, Mersində keçirilən "MAHZEN-4" kod adlı əməliyyatla "Sülələr" kimi tanınan cinayətkar dəstə üzvləri qandallanıb: "Əməliyyatla adları müxtəlif cinayətlərdə hallanan dəstənin 9 üzvü saxlanılıb".
Nazir sonda bir daha cinayətkarlara xəbərdarlıq edib: "Xalqımızın dincliyini pozanlara göz açdırmayacağıq".
Samir Musayev
MİA.AZ