Çempionlar Liqasının 1/8 final oyunlarına start verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə “Mançester Siti” ilk oyunda 3-1 qlaib gəldiyi “Kopenhagen”i bu dəfə də eyni hesabla məğlub edib.
“Mançester Siti”nin qollarını 5-ci dəqiqədə Akanji, 9-cu dəqiqədə Julian Alvares, 45+3-də isə Erlinq Haaland vurublar.
"Kopenhagen"in yeganə qoluna isə 29-cu dəqiqədə Elyunuss imza atıb.
Beləliklə, ingilis komandası 1/4-ə yüksəlib.
Onu da qeyd edək ki, Çempionlar Liqasında 1/4 və yarımfinalın oyunları martın 15-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.
Fərid
MİA.AZ