UEFA Konfrans Liqası çərivəsində sabah səfərdə Belçikanın "Union Saint-Gilloise" komandası ilə qarşılaşacaq "Fənərbağça"nın baş məşqçisi İsmail Kartal mətbuat konfransında mühüm mesajlar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçisi həm Super Liqada, həm də Konfrans Liqasında çempion olmaq istədiklərini bəyan edib: "Rəqibimiz mübariz komandadır. Mütəşəkkil oyun oynayırlar. Bunları izlədik və oyunçularımıza izah etdik. Biz də güclüyük. Komandamızda keyfiyyətli oyunçularımız var. Bunu turnirin əvvəlindən deyirik. Burada əlimizdən gələni edib, İstanbula yaxşı nəticə ilə qayıtmaq istəyirik. Həm Türkiyə Liqası, həm də Konfrans Liqası çempionluğunu qazanmaq istəyirik".
Sabah ən yaxşı heyəti meydana çıxaracağını bildirən Kartalın sözlərinə görə, üç gündən bir oyun oynamaq komandanı yorur: "Amma ən vacib matç sabahkı matçımızdır. Sahib olduğum ən ideal oyunçuları meydana çıxarmağa çalışıram. Batshuayi emosional, duyğusaldır. Onu nə vaxt oynatacağımıza, hansı matçda necə oynayacğını yaxşı bilirəm. Onu yaxşı tanıyıram yəni..."
Fərid
MİA.AZ