Liverpul"un misirli futbolçusu Muhammed Salah zədədən sağalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 31 yaşlı hücumçu artıq bu gündən komanda ilə məşqlərə başlayıb.

Məlumata görə, Salah "Mançester Siti" ilə oyunun ilk 11-liyinə daxil olacaq.

Xatırladaq ki, Salah bu mövsüm Afrika Millətlər Kubokunda aldığı zədələr səbəbindən 14 matçda iştirak edə bilməyib. 

Fərid

MİA.AZ