Türkiyə superliqasında daha bir baş məşqçi istefaya göndərilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qaziantep FK" Marius Sumudica ilə yollarını ayırıb.
Klubdan verilən açıqlamaya görə, idarə heyəti komandadakı gərgin vəziyyəti onunla birgə müzakirə etdikdən sonra belə qərar verib: “Qarşılıqlı fikir mübadiləsi nəticəsində Sumudica komandaya "qan dəyişikliyi"nin vcibliyini məqbul saydı və mçüzakirlərdən sonra onun istefaya göndərilməsi qəararı verilib. İndiyə qədər kluba göstərdiyi xidmətə görə ona təşəkkür edir və karyerasında uğurlar arzulayırıq".
Xatırladaq ki, Sumudicanın rəhbərliyi altında keçirdiyi son 11 matçda cəmi 1 qələbə qazanan və 6 heç-heçə, 4 məğlubiyyətlə 9 xal toplayan "Qaziantep FK" 28 oyuna 28 xal toplayaraq 18-ci yerdə qərarlaşıb.
Fərid
MİA.AZ