Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Mia.az xəbər verir ki, H qrupunda Belçika Rusiya millisinə 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. 2 oyuna 1 xal toplayan Rusiyanın gələcəyi iisə daha çox bu gecə 00.00-da başlayacaq qrupun digər matçı - Cənubi Koreya və Əlcəzair yığmalarının nəticəsindən aslı olacaq. Əgər koreyalılar qalib gələcəksə, o zaman Rusiya mundiala vida edəcək.
Gecə saatlarında G qrupunda bir oyun baş tutacaq. Bakı vaxtı ilə saat 03:00-da ABŞ və Potuqaliya yığmaları üz-üzə gələcək. Portuqaliya bu oyunda uduzacağı halda dünya çempionatında mübarizəni dayandıracaq.