Ötən il dekabrın 12-də Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın qəsdən öldürülməsi faktı ilə bağlı şübhəli bilinən Fatmayı kənd sakini Eynulla Quliyevin cinayət işi məhkəməyə göndərilib.

Mia.az Baş prokurorluğa istinadla xəbər verir ki, istintaqla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində tanışı Arzu Rəhimova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun başını daş parçasına vurduqdan sonra əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata əsasən, Eynulla Quliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.