Qəzzada daha bir jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.

Məlumata görə, Qəzzadan yayımlanan Əl-Əqsa televiziyasının spikeri Məhəmməd Səlamə İsrail qüvvələri tərəfindən Deyr əl-Belah şəhərində bir evə edilən hücumda öldürülüb.

Xəbərdə deyilir ki, bununla 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında öldürülən jurnalistlərin sayı 133-ə çatıb.

Tahir Şəlvəli

MİA.AZ