İspaniyanın Barselona şəhər sakinləri Fernando və Visente adlı ər-arvad motosikletlə dünya turu zamanı Hindistanda dəhşətli hücumla qarşılaşıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onların özü sosial media hesablarında videomüraciət yayıblar.
Qısa müddətdə dünyanın aparıcı media orqanlarının manşetinə daşınan müraciətdə cütlük Hindistanda 7 gəncin hücumuna məruz qaldıqlarını bildirib.
60-dan çox ölkəyə gedən və 5 il ərzində təxminən 170 min kilometr yol qət edən və o anları "İnstaqram" hesabında paylaşan cütlük Hindistanda yaşları 20-30 taş aralığında olan 7 nəfərin onları təkcə qarət etmədiyini deyib.
Üz-gözü zərbənin təsirlərindən qaralan qadın ağlayaraq başına gələni belə nəql edib: "Heç kəsin başına gəlməsini istəmədiyim bir hadisə baş verdi. 7 kişi bizi döydü, soydular. Əslində, çox şey götürmədilər. Çünki onların məqsədi soyğun deyildi, məni zorlamaq idi. Onlar növbə ilə məni zorladılar...".
Qadın daha sonra qeyd edib ki, hazırda Hindistanda polisin nəzarəti altında xəstəxanadadırlar.
İspaniyanın Hindistandakı səfirliyi dərhal olaya müdaxilə edib, hadisənin hərtərəfli araşdırılmasını tələb edib.
Hindistan polisi isə bildirib ki, zorakılıq edənlərdən 3-ü saxlanılıb.
Maraqlıdıır ki, saxlanılanların tanınmaması üçün başlarına torba keçiriblər: "4 təcavüzçü də axtarışdadır".
Hind polisindən o da bildirilib ki, hələlik cütlüyə 10 min avro təzminat ödənilib.
Firudin Səfərli
MİA.AZ