"VavaCars Fatih Karagümrük" baş məşqçisi Şota Arveladze "Adana Dəmirspor"a 1-0 məğlubiyyətindən sonra açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyunda istədiklərini edə bilmədiklərini deyib: "Çoxlu inanılmaz top itirdik. Belə matçlarda, çox top itirsən, çoxlu da əks-hücumlarla üzləşərsən".
Baş məşqçi bildirib ki, ikinci hissədə bir az daha yaxşı oynayıblar: "Amma çox şey edə bilmədik. Nəticədə çox pis oldu...”.
Fərid
MİA.AZ