"Beşiktaş" klubu "Qalatasaray"la derbidə yaşanan olaylarla bağlı bəyanat yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda Türkiyə Futbol Federasiyası (TFF) istefaya çağrılıb və yeni seçki tələbi qoyulub.
"Beşiktaş" klubu TFF və hakimlərin qərəzli münasuibətindən caan doyduqlarını bəyan edərək, bildirib ki, ikili standartlar Türkiyə futbolunun gələcəyi üçün böyük narahatlıq yaradır və ciddi sosial təlatümlər yaradır.
Bəyanatda daha sonra faktlars adalanıb və hakimlərə açıq mesaj verilib: ""Beşiktaş" klubu olaraq Halil Umut Meleri və Koray Gençerleri bir daha matçlarımızda görmək istəmirik".
Sonda isə türk futbolunun yaşadığı xaosdan xilası üçün TFF rəhbərliyi üçün təcili seçki keçirilməsi vacib sayılıb: "İnanırıq ki, yeni futbol federasiyası və idarə heyəti Türkiyə futbolunu daha yaxşı yerlərə aparacaq".
Fərid
MİA.AZ