Dünya futbol azarkeşlərinin hakim kəsildiyi derbilərdən biri də İngiltərədə baş tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mançesterdə keçirilən İngiltərə derbisində "Mançester Siti" "Mançester Yunayted"i 3:1 hesabı ilə məğlub edib.

Oyunda hesabı "Mançester Yunayted" açıb. 8-ci dəqiqədə Markus Reşford komandasını önə çıxarıb - 1:0.

Qvardiolanın komandası bu qola 56-cı dəqiqədə Filip Fodenlə cavab verib - 1:1.

80-ci dəqiqədə "Mançester Sit"i daha bir qol atıb - 2:1. 

90+1. dəqiqədə isə "Mançester Siti"nin norveçli ulduzu Erlinq Haaland son nöqtəni qoyub - 3:1.

Beləliklə, qələbə qazanan "Mançester Siti" bu qələbə ilə xalını 62-yə yüksəldib. “Mançester Yunayted” isə 44 xalla yerində sayıb.

Fərid

MİA.AZ