Bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə başçısı Əkrəm İmamoğlu "Fənərbağça" İdman Klubunu ziyarət edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Əkrəm İmamoğlu Kadıköy Ülker Stadionunun girişində Klubun prezidenti Ali Koç qarşılayıb.
Maşından düşərkən İmamoğlunun "Fənərbağça"nın bayrağı rəngdə olan qalstukuna işarə vuran Ali Koç "Sarı və tünd göy gözəl görünür" deyib.
İmamoğlu isə bu replikaya belə cavab verib: "Bunu mənə hədiyyə etmədin. On dəfə sarı və tünd göy rəngli qalstukun gəlməsini gözlədik. Ancaq gəlmədi”.
Görüşdən sonra mətbuata açıqlama verən İmamoğlu bildirib ki, "Fənərbağça"nın İstanbul üçün dünyanın ən önəmli markalarından biridir: "İstanbulu güclü edən "Fənərbağça" kimi klublarımızdır. Digər markalarımız da bizi ayağa qaldıran dünya səviyyəli markalardır. Bu kontekstdə əməkdaşlığımızı hər zaman ən güclü səviyyədə saxlamağa çalışmışıq və belə də davam edəcəyik".
İmamoğluna ziyarət üçün təşəkkür edən Ali Koç isə 31 matda keçirləcək bələdiyyə seçkilərindən danışıb: "Ümid edirəm ki, bu seçki həm ölkəmiz, həm İstanbul, həm də Kadıköy üçün xeyirli, demokratiya üçün bayramı olacaq. Ölkəmizə layiq bir seçki olacağına inanıram".
Yeri gəlmişkən, Ali Koç İmamoğluna Cümhuriyyətin 100-cü ildönümü üçün xüsusi olaraq istehsal olunmuş və üzərində adı yazılmış 34 nömrəli “Fənərbağça” formasını hədiyyə edib.
Fərid
MİA.AZ