Almaniyada "FK Köln", "Hamburq", "TSG 1899 Hoffenheim" və Rusiyada "Lokomotiv Moskva" klublarının sabiq baş mışqçisi, hazırda Türkiyədə "Samsunspor"un sükanı arxasında olan alman əsilli Markus Qisdol türk futbolu ilə bağlı danışıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, türk futbolunun böyük inkişafa qədəm qoyduğunu deyib: "Super Liqaya gələndən sonra çox təəccübləndim, çaşdım. Burada gözlədiyimin əlksinə olaraq, keyfiyyətli liqa gördüm. Türkiyə futbolu günü-gündən inkişaf edən bir liqadır. Açığı, bu qədər çətin olacağını gözləmirdim. Çox çətin rəqiblərə qarşı oynayırıq".

Türkiyə yığmasından da söz açan alman mütəxəssis deyib ki, komanda inanılmaz dərəcədə yaxşı oynayır: "Əgər gənclərindən ibarət sistem bu şəkildə davam edərsə, hələ çox böyük uğurlar olacaq".

Markus Qisdol Türkiyədə hakimlərlə bağlı etirazlara da toxunub: "Bütün dünyada hakim olmaq çətindir. Türkiyədə isə lap çətindir. Əgər Türkiyədə hakimsinizsə, demək ki, çox daha çətin günlər keçirirsiniz. Almaniyada isə belə deyil, orada hakimlik rahat peşədir".

Fərid

MİA.AZ