İngiltərə millisinin baş məşqçisi Roy Hodson "DÇ-2014"lə erkən vidalaşmalarına baxmayaraq, futbolçularından razı qalıb.

 Yayılan xəbərə görə, o, bu heyətlə növbəti turnirlərdə uğurlu çıxış edəcəklərini deyib:

 "Düzdür, bu turnirdə də yaxşı təsir bağışlaya bilərdik, lakin alınmadı. Futbolçularımla qürur duyuram. Növbəti turnirlədə uğurlar əldə edəcəyimizə inanıram".

 İngiltərə Futbol Federiyasının prezidenti Qreq Duke təcrübəli isə mütəxəssislə yolları ayırmayacaqlarını deyib.

 O bildirib ki, R.Hodson "Avro-2016"da da komandanın sükanı arxasında olacaq: "Qəbul edirəm ki, qrupdan çıxa bilmədiyimiz üçün çox məyusuq. İki oyundan bir xal belə toplaya bilmədik. Bunun üçün utanırıq. Ancaq biz Hodsona dəstək olmağa davam edəcəyik. Onunla əməkdaşlığı davam etdirəcəyik".