Türkiyədə, xüsusən İstanbuldakı kriminal mühitdə böyük gücə sahib olan Zuhat Altunçun liderlk etdiyi “Çirkinlər” mütəşəkkil cinayətkar dəstəsinə qarşı geniş əməliyyat keçirilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, lideri axtarışda olan "Çirkinlər" çetesinə qarşı İstanbul başda olmaqla, kki şəhərdə eyni anda keçirilən əməliyyatlar uğurla başa çatdırılıb: ""Şərti adı “MAHZEN-2” olan əməliyyatları çərçivəsində Zuhat Altunçun rəhbərlik etdiyi “Çirkinlər” mütəşəkkil cinayətkar dəstəsi çökdürülüb. Əməliyyat zamanı 47 nəfər saxlanılıb. Hazırda onların barəsində istinataq tədbirləri davam edir".

Nazir qeyd edİb ki, bu çete silahlı insidentlər, qanunsuz girovgötürmə, narkotik ticarəti və sair ağır cinayətlərdə yer alıblar: "Əməliyyat zamanı onların ev bə məkanlarında axtarış aparılıb. 5 tapança, 7 polad jilet, külli miqdarda narkotik vasitə və sair dəlillər götürülüb".

Xatırladaq k, çetenin lideri xaricdə gizlənir və o, rəsmi axtarışdadır.

Firudin Səfərli

MİA.AZ