Uruqvay millisinin hücumçusu Luis Suares "DÇ-2014"də İngiltərə ilə oyundan sonra maraqlı fikirlər səsləndirib.
"The Guardian"a danışan Suares rəqibin baş məşqçisi Roy Hodsonun fikirlərinin onu daha da əsəbiləşdirdiyini bildirib:
"Bu, intiqam deyildi. Ancaq İngiltərədə mənim zədəmlə bağlı çox danışırdılar. Roy Hodsonun sözləri isə məni daha da əsəbiləşdirdi".
Qeyd edək ki, İngiltərə ilə oyunda dubl edən Suares komandasının qələbə qazanmasında böyük rol oynayıb - 2:1.