"Beşiktaş"ın sabiq müdafiəçisi, aktiv futboldan sonra bır sıra komandaların baş məşqçisi olan İbrahim Üzülməz yenidən superliqaya geri dönüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün istefaya göndərilən "Siltaş Yapı Pendikspor"un baş məşqçi İvo Vieyranın yerinə gətirilib.

Məlumata görə, İbrahim Üzülməz anlaşmanın mürəkkəbi qurumamış artıq komanda ilə ilk məşqinə çıxıb: "O, artıq komandasını "Konyaspor"la oyuna hazırlayır..."

Fərid

MİA.AZ