Bosniya və Herseqovinadan olan Vladimir Petkoviç Əlcəzair Milli Komandasının baş məşqçisi təyin olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Djamel Belmadidən boşalan vəzifəyə Petkoviç gətirilib.

Xatırladaq ki, bir müddət Əəvvəl Türkiyədə “Samsunspor”un da baş məşqçisi olan 60 yaşlı Petkoviç  “Luqano”, “Yanq Boyz”, “Bellinzona”, “Sion”, “Latsio”, "Bordo" və İsveçrə yığmasının da baş məşqçisi işləyib.

Fərid

MİA.AZ