Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları 6 evdən oğurluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.