Hazırda “Eyüpspor”un baş məşqçisi olan Arda Turan Türkiyə millisinin AVRO-2008-dəki tarixi yarımfinal oyunu ilə bağlı maraqlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qalatasaray”, “Atletiko Madrid”, “Barselona”, “Başakşehir” kimi komandalarda forma geyən Arda Turan UEFA TV-nin qonağı olub.

O, AVRO-2008-in yarımfinalı barədə suala belə cavab verib: "Deyə bilərəm ki, AVRO-2008 çox yaxşı oynadığım, məni vitrinə çıxaran və beynəlxalq səviyyədə bəzi şeylərə nail ola biləcəyimə inandığım ilk platforma idi. Həmin turnirə gedəndə 21 yaşım var idi. Kimlərlə  bir yerdə deyildim ki? "Fənərbağça"nın kapitanı Tuncay Şanlı, Emre Belözoğlu, Tümer Metin, Nihat Qəhvəçi, Hamit Altıntop, Rüştü Reçber komandada idi... Çox böyük oyunçular var idi. Biz bir-birimizə inanan, yaxşı dost olan, düzgün iş görən bir komanda idik.  O komanda üçün çox darıxıram, onlar heç vaxt meydanda təslim olmadılar. Uduzanda da bir-birini qınamadılar. O vaxt bunu başa düşmədik, amma indi nə qədər tarixi və böyük uğur qazandığımızı görürəm".

Fərid Aslan

MİA.AZ