"RAMS Başakşehir"in baş məşqçisi Çağdaş Atan Türkiyə kubokunun 1/4 finalında 1-0 məğlub olduqları "Trabzonspor" oyunundan sonra baş hakimə üsyan edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əvvəlcə oyun haqda danışan baş məşqçi istədiklərini meydanda edə bilmədiklərinə təəssüfünü ifadə edib: "Topu rəqibə çox tez verdik. İlk hissədə rəqibə imkanlar yaratdıq, lakin hücum ataklarımızın artığı anda gözləmədiyimiz qol buraxdıq. Bəlkə də tam heyətlə oynasaydıq, "Trabzonspor" üçün çətin olacaqdı. Zədələrimiz çox idi".
Çağdaş Atan daha sonra hakimlərin qərəzli qərarlarına və sonda aldığı sarı vərəqəyə toxunub: "Matçın son fitindən sonra sarı vərəqəni anlaya bilmədim. Mən, oradan sadəcə oyunçuları sakitləşdirib çıxarmaq istədim. VAR hakimi Alper Ulusoyun matçda Emirhana atılan dirsəyi görmürdümü? Axı, bu liqada Anadolu komandaları da var, matçı ona görə idarə edəcək hakimlərə ehtiyac var...".
Bu oyunla yanaşı, liqa matçlarının da onlar üçün vacib olduğunu vurğulayan baş məşqçi bildirib ki, artıq liqa oyunlarına köklənəcəklər: "Liqadan yenidən Avropa yarışlarına qatıla bilərik. İndisə "Trabzonspor"u təbrik edir, yarımfinalda uğurlar arzulayıram”.
Fərid
MİA.AZ