Türkiyə Super Liqasında son oyunlarda məğlubiyyətdən yaxa qurtara bilməyən "Qaziantep FK" klubu gözlənilənlərin əskinə baş məşqçi Marius Sumudicanı istefaya yollamayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan keçirilən iclasdan sonra açıqlama verilib.
Klub Marius Sumudica ilə yola davam etmək qərarına gəlib.
Klubun məlumatına görə, idarə heyətinin iclasında komandadakı vzəiyyət müzakirə olunub: "Uzun müzakirələrdən sonra idarə heyətimiz baş məşqçimiz Marius Sumudica ilə görüşüb və komandamızın hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıblar. Müzakirələr nəticəsində klubumuzun bu çətin günləri birlik və bərabərlik içində keçəcəyinə dair konsensus əldə olunub".
Fərid Aslan
MİA.AZ