Gəncədə ata və qızı bıçaqlanıb.
Hadisə Gəncədə yerləşən məcburi köçkünlər üçün qəsəbədə qeydə alınıb.
Bıçaqlanan şəxslər 1997-ci il təvəllüdlü A.Mirzəyeva və 1974-cü il təvəllüdlü Z.Əliyev xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəni törətməkdə 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini M.Mirzəyev şübhəli bilinir.
Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır(Report).