Tanınmış məşqçi Yılmaz Vuralın baş məşqçisi olduğu komanda uğursuzluq zolağından çıxa bilmir.

 Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 2-ci Liqa təmsilçisi olan "Menemen FK" son 4 matçda cəmi bir 1 qələbə qazanıb.

Yılmaz Vuralın komandası qalan 3 oyundan məğlub ayırlaraq pley-off xəttindən uzaqlaşıb.

Məlumata görə, Yılmaz Vuralın gəlişindən sonra ard-arda qələbəq azanan və üst pillələrə qalxan komandanın hazırkı uğursuzluğu xeyli məyusluq yaradıb: "Həftəsonu oynadığı “Kastamonuspor”la səfər oyunundan İzmirə qayıdarkən əhvalının pis olduğunu gizlətməyən Yılmaz Vural  sabah rəhbərlik və futbolçularla görüş keçirəcək. Mümkündür ki, o, yenə istefa versin..."

Fərid

MİA.AZ