Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardini cəzalandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, Mauro İkardiyə 1 oyunluq cəza verilib.
TFF-dən verilən açıqlamaya görə, İkardi "MKE Ankaragücü" ilə matçda rəqib komandanın azarkeşlərini təhqir edib. O, bir oyunluq cəza ilə yanaşı, 19 min 500 lirə cərimələnib.
Bu qərardan sonra argentinalı futbolçu “Biteksen Antalyaspor” matçında meydana çıxa bilməyəcək.
Fərid ASLAN
MİA.AZ