Yunanıstan superliqasında Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" son turda xal itirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Terimin komandası son turda liqanın sonuncu olan "Kifisia" ilə heç-heçəyə razılaşıb 1:1.

Oyuna gəldikdə, meydan sahibləri 37-ci dəqiqədə Sebastian Palasiosun qolu ilə 1:0 önə keçib.

"Panatinaikos"un futbolçusu Bart Şenkeveld 64-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

"Kifisia" 68-ci dəqiqədə İvan Miliçeviçin qolu ilə hesaba tarazılıq gətirib.

Bu nəticə ilə "Panatinaikos" xalını 52-yə yüksəldib, "Kifisia" isə 17 xalla sonuncu pillədə qalıb.

Fərid Aslan

MİA.AZ