"Adana Dəmirspor"un prezidenti Murat Sancak istefa verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə onun özü sosial media hesabında paylaşım edib.
Klub prezidenti bildirib ki, artıq vəzifəsini Mətin Qorxmaza təhvil verir: "Hörmətli Adana Dəmirspor azarkeşləri, bu andan etibarən prezidentliyi Mətin Qorxmaza təhvil verirəm. Niyə və nə üçün sualı verməyin, Səbəbini mətbuat konfransında izah edəcəyəm. Sizdən xahişim Mətin Qorxmazın və komandanın ətrafında sıx birləşməyiniz və lazımi dəstəyi verməyinizdir. Mənə hörmət edirsinizsə, bu komandanı sevirsinizsə, dəstəkləyin".
İstefa verən klub rəhbəri deyib ki, komanda liqada qalacaq: "Narahat olmayın. Alaha güvənin. Məni bağışlayın. Əgər haqqım varsa, halal olsun...".
Fərid Aslan
MİA.AZ