Bu gün Türkiyə Super Liqasının 27-ci turunda "Beşiktaş" səfərdə "İstanbulspor"la qarşılaşıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qara Qartal" "İstanbulspor"u 2:0 hesabı ilə məğlub edib.
Oyunda ilk qol 23-cü dəqiqədə vurulub. "Beşiktaş"ın gənc qolçusu Semih Kılıçsoy qola imza atıb.
54-cü dəqiqədə Ernest Muçi ikinci qolu vurub.
Beləliklə, "Beşiktaş" liqada son 4 matçda 3-cü qələbəsini qazanaraq 46 xalla "Trabzonspor"la 3-cü yerləri bölüşür.
Son 6 oyundur qələbəyə həsrət qalan "İstanbulspor" isə 12 xalla sonunsu yerdədir.
Fərid
MİA.AZ