Bu gün UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatması mərasimi keçirilib.

Mia.az xarici mətbuata xəbər verir ki, püşklə Türkiyənin avoliqadakı tyeganı komandası "Fənərbaxça"nın rəqibi Belçika komandası "Union Saint-Gilloise" olub.

İstanbul klubu bu komanda ilə martın 7-də  səfrdə ilk oyuna çıxacaq. 

Xatırladaq ki, "Union Saint-Gilloise" Belçika 1-ci Liqasında liderdir.

UEFA Avropa Liqasında 3-cü olan Belçika yığması E qrupunda "Liverpul", "Tuluza" və "LASK Linz" komandaları ilə mübarizə aparıb. Onlar öz evlərində keçirilən görüşlərdə “Liverpul” və “Linz”i 2:1 hesabı ilə məğlub edib, “Tuluza” ilə 1:1 hesablı heç-heçə edib.

Səfər matçlarında "Union Saint-Gilloise" "Liverpul"a 2:0, "LASK Linz"ə 3:0 hesabı ilə uduzub, "Tuluza" ilə isə 0:0 hesablı heç-heçə edib.

Beləliklə, E qrupunu 2 heç-heçə, 2 qələbə və 2 məğlubiyyətlə başa vuran Belçika komandası  8 xalla 3-cü pillədə qalıb və UEFA Konfrans Liqasında davam etmək hüququ qazanıb.

Fərid

MİA.AZ