Türkiyə kəşfiyyatı (MİT) PKK/KCK terror təşkilatının liderlərindən olan "Mazlum Mardin" kod adlı Murat Kızıll qandallayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT-in əməliyyatı ilə Avropaya qaçmağa cəhd edən terrorçu Murat Kızılın gizləndiyi yer müəyyən edilib.
Məlumata görə, Suriyada yaxalanaraq Türkiyəyə gətirilib.
Xəbərdə deyilir ki, 2015-ci ildə PKK/KCK-yə qoşulan terrorçu Suriya və İraqda fəaliyyət göstərib.
Tahir Şəlvəli
MİA.AZ