"Türk Eskobarı” kimi tanınan Ürfi Çetinkayanın rəhbərlik etdiyi mafiyaya qarşı keçirilən əməliyyat zamanı ələ keçirilən qiymətli daşınar və daşınmaz əmlakların görüntüləri yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə gün əvvəl 37 ton narkotiklə tutulan və aralarında mafiya liderinin oğlu, İstanbul Mədən İxracatçıları Birliyinin sədri Rüstem Çetinkayanın da olduğu dəstənin məkanlarında axtarış aparılıb.

Məlumata görə, ələ keçirilən silah və qiymətli əşyalar polis tərəfindən nümayiş olunub. 

Bununla yanaşı, “Türk Eskobarı” kimi tanınan Ürfi Çetinkayanın şəbəkəsinə aid 147 torpaq sahəsi, 56 mənzil, villa, 74 obyek, ofis, 53 müxtəlif markalı bahalı maşınlar, 64 bank hesabı və çoxlu zinət əşyaları və 20 milyard TL pul müsadirə edilib.

istiuntaq müəyyən edib ki, mafiya Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya, Yunanıstan və digər ölkəərə qədər "qolu"nu uzadıb.

Digər maraqlı məlumat isə şəbəkənin özünün gəmilərəs ahib olmasıdır: "Onlar bu gəmilər, balıqçı qayıqları vasitəsi ilə rahat narkotik ticarəti ilə məşğul olublar..."

Samir Musayev

MİA.AZ