Ötən gecə UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla da H qrupunu lider olaraq tamamlayan və birbaşa son 16 tura yüksələn “Fənərbağça”nın da mümkün rəqibləri müəyyənləşib.

Türkiyə klubu “Makkabi Hayfa” (İsrail), “Ayaks” (Hollandiya), “Dinamo Zaqreb” (Xorvatiya), “Servette” (İsveçrə), “Şturm Qrats” (Avstriya), “Union Saint-Gilloise”, “Olimpiakos” və “Molde” komandalarından biri ilə qarşılaşacaq. 

Xatırladaq ki, bu gün Bakı vaxtilə saat 16.00-da Konfrans Liqasının son 16 turunun püşkatma mərasimi keçiriləcək.

Ötən gecəki pley-off mərhələsinin cavab görüşlərindən sonra növbəti tura qara hərflərlə qeyd edilən komandalar yüksəlib.

Gent (Belçika)-Maccabi Haifa (İsrail): (0-1) - (1-1)

Ludogorets (Bulgaristan)-Servette (İsviçre): (0-0) - (0-1)

Dinamo Zagreb (Hırvatistan)-Real Betis (İspanya): (1-0) - (1-1)

Bodo/Glimt (Norveç)-Ajax (Hollanda): (2-2) - (1-2)

Slovan Bratislava (Slovakya)-Sturm Graz (Avusturya): (1-4) - (0-1)

Eintracht Frankfurt (Almanya)-Union Saint-Gilloise (Belçika): (2-2) - (1-2)

Ferencvaros (Macaristan)-Olympiakos (Yunanistan): (0-1) - (0-1)

Legia Varşova (Polonya)-Mölde (Norveç): (2-3) - (0-3)

Fərid Aslan

MİA.AZ