UEFA Avropa Liqasının pley-off mərhələsində Çexiyanın "Sparta Praqa" komandasına böyük hesabla (4:1) məğlub olan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk matçdan sonra mətbuat konfransında açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, məğlubiyyətin səbəbini həm zəif oyunları, həm də komandadakı çatışmazlıqlarla əlaqələndirib: "Matç boyu səviyyəmizdən xeyli aşağı oynadıq. Rəqibimizi təbrik edirəm. Əzmlə mübarizə apardılar və layiq olduqları qələbəni qazandılar. Təzyiq olmadığı halda çox top itirdik. Uduzmağımızla bağlı çox səbəb saya bilərəm. Xüsusən də basqı olmadan itirdeiyimiz toplar rəqibə güc, inam verdi...".

Okan Buruk daha sonra komandadakı zəif tərəflərindən söz açıb: "Transferin son günlərində Saşa Boey ayrıldı. Bu, klub üçün vacib idi. Boeyin əvəzinə transferi reallaşdırdıq, amma oyunçumuz zədəlidir. Anjelinonun davam edib-etməyəcəyi bəlli deyil. Kaanın zədəli oynadı. klubda əvəzedici yoxdur. Bu komanda oyunudur. Uduzmağımıza səbəb meydandakı futbolçular deyil, komanda olaraq uduzduq. Burada məsuliyyət mənmdir. Bəzən belə şeylər yaşayırıq".

Xatırladaq ki, iki oyunun nəticəsində əsasən, "Sparta Praqa" 1/8 finala yüksəlib.

Fərid Aslan

MİA.AZ