“Qalatasaray” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Çexiyanın “Sparta Praqa” komandasına səfərdə baş əyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk görüşdə 3-2 qalib gələn "Qalatasaray" revaanşda rəqibinə 4-1 hesabı ilə uduzaraq Avropa ilə vidalaşıb.
Türkiyə klubunun yeganə qolunu 16-cı dəqiqədə Abdülkerim Bardakçı vurub. Kaan Ayhan isə 70-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Matçın final fitindən sonra isə meydanda gərginlik yaranıb və "Qalatasaray"ın baş məşqçisi Okan Buruk da qırmızı vərəqə alıb.
Bu qələbə ilə Sparta Praqa adını 1/8 finala yazdırıb.
Fərid Aslan
MİA.AZ