Bu gün Bakı vaxtı ilə saat 00.00-da “Qalatasaray” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Çexiyanın “Sparta Praqa” komandası ilə qarşılaşacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk oyunda "Qalatasaray"ın 3-2 qalib gəldiyi revanş matçını britaniyalı hakim Entoni Teylor idarə edəcək.
Komandalar isə oyuna bu 11-liklə çıxacaqlar:
"Sparta Praqa": Vindahl, Preciado, Kairinen, Olatunji, Kuchta, Laçi, Haraslin, Sorensen, Panak, Wiesner, Vitik.
"Qalatasaray": Muslera, Kaan, Abdülkerim, Davinson, Berkan, Kerem Demirbay, Torreira, Barış Alper, Mertens, Kerem Aktürkoğlu, Icardi.
Fərid
MİA.AZ