UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” bu gün Portuqaliyanın “Braqa” komandasını Bakıda qəbul edib.
Mia.az xəbər verir ki, saat 21:45-də başlayan oyunu bolqarıstanlı hakim Georgi Kabakov idarə edir.
Hazırda oyunda hesab dəyişməyib - 0:0.
57-ci dəqiqədə "Qarabağ"dan Elvin Cəfərquliyev ikinci sarı kartla meydandan qovulub.
70-ci dəqiqədə "Braqa" hesabı açıb - 0:1.
82-ci dəqiqədə rəqib daha bir qol vurub - 0:2.
89-cu dəqiqədə baş hakimə etiraz edən Qurban Qurbanovun köməkçisi də qırmzı kartla meydandan qovulub.
Beləliklə, ümumi hesab 4-4 olduğundan oyunda əlavə vaxt təyin olunub.
101-ci dəqiqədə "Qarabağ" qol vurub - 1:2
110-cu dəqiqədə rəqib penalti qazanıb - 1:3
120-ci dəqiqədə Nəriman Axundzadə qol ataraq "Qarabağ"a tarixi qələbə qazandırıb.
Beləlklə, komandamız 10 nəfrlə növbəti mərhələyə 1/8-ə yüksəlib.
Xatırladaq ki, "Qarabağ" ilk oyunda səfərdə 4:2 qalib gəlmişdi.
Onu da qeyd edək ki, bu gün saat 16.00-da keçiriləcək püşkatma ilə "Qarabağ"ın 1/8-dəki rəqibləri bəlli olacaq.
Fərid
MİA.AZ