“Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.
Mia.az xəbər verir ki, klub 23 yaşlı ekvadorlu Cordan Rezabala ilə ilin sonunadək yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisində oynayıb.