Braziliyalı məşhur futbolçu Dani Alves İspaniyanın Barselona şəhərindəki əyləncə mərkəzində 23 yaşlı qızı zorladığına görə cəzalandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Barselona məhkəməsi bir ildən çoxdur həbsdə olan Alvesə prokurorun tələb elədiyi 12 ilə qədər cəza kəısməyib: "Məhkəmə Alvesə 9.6 il həbs cəzası kəsib. Futbolçu bu cəzanıni 4 il 6 ayını həbsdə, qalan 5 ilini isə polis nəzarəti altında keçirəcək".
Xatırladaq ki, 2022-ci il dekabrın 30-na keçən gecə Barselonada əyləncə mərkəzinin tualetində 23 yaşlı qadını zorlamaqda ittiham olunan Alves 2023-cü il yanvarın 20-də Meksikadan Barselonaya gələrkən saxlanılıb.
Karyerasında "Sevilya", "Barselona", "Yuventus", "Paris Sen-Jermen" və "San Paulo" kimi komandalarda çıxış edən Alves məhkəmədə peşman olduğunu deyib.
Fərid Aslan
MİA.AZ