Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyununda türkiyəli məşqçi Fatih Terimin sükanı arxasında olduğu “Panatinaikos” penaltilər seriyasında PAOK-u devirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk oyunda 1-0 qalib gələn Terimin yetirmələri PAOK-la oyunun 72-ci dəqiqəsində qol buraxıblar - 1:0.

Oyunun əsas vaxtında başqa qol olmayınca, matç uzatmalara gedib. Əlavə olunan 30 dəqiqənin 105-ci dəqiqədə PAOK-un polşalı oyunçusu Tomas Kedziora ilə hesabı artırıb - 2:0.

Lakin Terimin yetirmələri ruhdan düşməyib. 120+9-cu dəqiqədə "Panatinaikos"dan Dimitris Limnios qol ataraq oyunu penaltilər seriyasına daşıyıb - 2:1.

İki oyunun nəticəsinə əsasən (2:2) qalib olmadığından qalib penaltilərlə müəyyənləşib. 

Penaltilər seriyasında PAOK-dan  keçmiş "Fənərbağça"nın futbolçusu Mbvana Samatta ayağı sürüşdüyü üçün topu meydandan kənara atıb.

Beləliklə, Terimin komandası 6-5 hesablı qələbə ilə finala yüksəlib.

"Panatinaikos" finalda "Aris" - "Panaitolikos" matçının qalibi ilə qarşılaşacaq.

Fərid

MİA.AZ