Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putindən müsahibə alan məşhur jurnalist Taker Karlson Britaniyanın sabiq Baş naziri Boris Conson haqqında sensasiyalı iddialar səsləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, jurnalist Taker Karlsonun sözlərinə görə, Boris Consondan daim ittiham edildiyi üçün müsahibə götürmək istəyib.
Karlson deyib ki, Ukraynanın alovlu müdafiəçisi olan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson müsahibə vermək üçün ondan bir milyon dollar tələb edib.
Ukraynanın Rusiya işğalına qarşı müdafiəsini “çirkli pulların yuyulma sxemi” adlandıran jurnalist deyib ki, o, hələ Moskvada müsahibə üçün Putini gözləyərkən Conson tərəfindən ittihama məruz qalıb: "Məni Rusiyanın, Putinin maşası, Kremlin aləti sayır. Mən də dərhal xəbər yolladım ki, Ukrayna savaşı ilə bağlı ondan müsahibə almaq istəyirəm. Az sonra mesaj alıram ki, Consonun müsahibə vermək üçün bir milyon dollar tələb edir. Özü də ödəməni dollar, avro və ya bitkoinlə istəyir".
Karlson daha sonra deyib: "Putini müdafiə etmirəm, amma o, məndən müsahibə üçün bir milyon dollar istəmədi!".
Samir Musayev
MİA.AZ