Kolumbiya - Fil Dişi Sahili matçında hesab 2-1 birincilərin xeyrinə bitib. 

Oyunda ilk top 64-cü dəqiqədə James Rodriguez tərəfindən vurulub. Onun komanda yoldaşı Juan Quintero 70-ci dəqiqədə hesabı 2-0 edib. 60-cı dəqiqədən meydana daxil olan Droqbanın təmsil olunduğu Fil Dişi Sahilinin yeganə qolunu 73-cü dəqiqədə Gervinho vurub.