"Türk Escobar" ləqəbi lə beynəlxalq cinayətkar şəbəkələrdə tanınan və hazırda həbsdə olmasına baxmayaraq, "əl-qol"u Türkiyədə uzun olan Ürfi Çetinkayanın çetesinə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

Ali Yerlikaya bildirib ki, "Türk Escobar"ın təlimatları ilə hərəkət edən cinayət təşkilatına qarşı keçirilən "Qəfəs-44" əməliyyatı çərçivəsində daha 42 şübhəli saxlanılıb.

Nazirin sözlərinə görə, onların arasında ABŞ-ın qırmızı xətlə axtarışa verdiyi şəxs də var.

Nazir qeyd eidb ki, çete üzvlərinin Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda ələ keçirilən təxminən 13, Türkiyədə ələ keçirilən 24 ton narkotikin də sahibləri olublar: "Onların 11 ölkə ilə - Almaniya, Albaniya, Avstriya, BƏƏ, Belçika, Bolqarıstan, Hollandiya, İspaniya, İtaliya, Pakistan və Yunanıstana qədər əlaqələri var...".

DİN başçısı əməliyyat zamanı xeyli sənədsiz silah, pul və digər sübutları də ələ keçirdikərini sözlərinə əlavə edib.

Tahir Şəlvəli

MİA.AZ