"Beşiktaş"ın baş məşqçisi Fernando Santos "Konyaspor"a 2-0 hesablı qalibiyyətdən sonra "beIN Sports"a açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli baş məşqçi ilk hissənin 25-ci dəqiqəsinə qədər həddən ziyadə zəif oyunlarını etiraf edib: "Bəli, ilk 25 dəqiqə meydanda olmadığımızı söyləmək düzdür. yox kimiydik. Topu rəqibə verdik. Çox müdafiədə idik. 25-ci dəqiqədən sonra bir az daha toplarlandıq. Amma bu kifayət etmədi. İkinci hissədə isə vəziyyəti tamamilə dəyişdik. Rəqibin qapımıza yaxınlaşmasına imkan vermədik. Və qalib gəldik...".

Santos bir daha bu oyundakı ilk 25 dəqiqəlik çıxışıa yol verməyəcklərini deyib: "Bunu bir daha təkrarlamamalıyıq. Bunun yeni oyunçuların adaptasiya ilə əlaqəsi yoxdur".

Fərid

MİA.AZ