Türkiyə superliqasının 26 son turunda "Koredon Alanyaspor" doğma meydanında "Adana Dəmirspor"la "döyüş"ə çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş hakim Bahattin Şimşək idarə etdiyi oyunda bol qol olub.
Belə ki, "Alanyaspor" 20-ci dəqiqədə Jure Balkovec, 33-cü dəqiqədə Oğuz Aydının vurduğu qollarla ilk hissəni 2-0 öndə qapadıb.
"Adana Dəmirspor" 67-ci dəqiqədə Emre Akbabanın penaltidən vurduğu qolla fərqi 1-ə endirib.
Hikmət Karamanın yetirmələri 69-cu dəqiqədə Yusuf Sarı ilə hesaba tarazlıq gətirib - 2:2.
"Alanyaspor" 75-ci dəqiqədə bu dəfə penaltidən önə keçib. Daha dəqiqi, Joao Novaisin vurduğu zərbəni qapıçı Vedatı geri qaytarsa da, dönən topu Florent Hadergjonaj qola çevrib - 3:2.
Lakin bu qol “Adana Dəmirspor”u ruhdan salmayıb. Yusuf Sarı son saniyədə, daha dəqiqi, 90+7-də komandasına bir xalı qazazndıran qola imza atıb.
Beləliklə, oyun 3-3 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra "Adana Dəmirspor" 32 xalla 10-cu pillədəki mövqeyində qalıb. "Alanyaspor" isə xalını 29-a yüksəldib və 15-ci yerə qalxıb.
Fərid Aslan
MİA.AZ