Türkiyə Super Liqasında "Qaziantep FK" öz meydanında "Yılport Samsunspor"la üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantep Kalyon Stadionunda baş hakim Zorbay Küçükün idarə etdiyi qarşılaşmada qalib olmayıb - 1:1.

Oyunda hesabı "Qaziantep FK"nin oyunçusu Ogün Özçiçekdən 83-cü dəqiqədə açıb.

“Samsunspor” hesabı tarazlığı 90+2-də gətirib - 1:1.

Bu nəticə ilə "Qaziantep FK"  28 xalla 17-ci, "Samsunspor" isə 30 xalla 11-ci yerə yüksəlib.

Fərid Aslan

MİA.AZ