Türkiyə Super liqasının 26-cı turu çərçivəsində "Trabzonspor" səfərdə "Siltaş Yapı Pendikspor"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pendik Stadionunda baş hakim Halil Umut Melərin idarə etdiyi matçda "Trabzonspor" 2:0 hesabı ilə qalib gəlib.

Oyunda qolları 75-ci dəqiqədə Trezeqe, 80-ci dəqiqədə Enis Destan vurublar.

Bu qələbə ilə "Trabzonspor" xalını 43-ə yüksəldərək, 3-cü pillədəki mövqeyini qoruyub. "Pendikspor" 26 xalla 18-ci yerə enib.

Fərid Aslan

MİA.AZ